Ərdoğandan müxalifətə: Biz divanda rahat oturmağa yox, xidmətə gəlmişik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Samsunda keçirilən 8-ci qurultayında iştirak və çıxış edib.
Crossmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qurultayda bir sıra məsələlərə toxunub.
Həmçinin, Ərdoğan çıxışı zamanı müxalifəti tənqid edib.
"Başqaları nə edirsə etsin, bizim vaxt itirmək kimi bir lüksümüz yoxdur. Rahatlamaq kimi bir haqqımız yoxdur. Bizim polemikaya sərf edəcək bir dəqiqəmiz belə yoxdur. Biz bura divanda rahat oturmağa yox, ölkəmizə xidmət etməyə gəlmişik. Bu vəzifələri şəxsi karyeramızı qurmaq üçün deyil, millətin hüququnu, qanununu, namusunu qorumaq üçün üzərimizə götürdük. Müxalifətin işbilməzliyi və tənbəlliyi sizi əsla zəiflətməsin", - deyə o bildirib.
Nəzrin Salmanova
15:56 04.01.2025
Oxunuş sayı: 20842