Ərdoğandan sərt mesaj: Silahları ilə birgə torpağa basdırılacaqlar
"Separatçılar ya ən qısa zamanda silahlarını basdıracaqlar, ya da silahları ilə birlikdə torpağa basdırılacaqlar. Üçüncü yol yoxdur".
Crossmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda keçirilən 8-ci qurultayda deyib.
"Türk, kürd, ərəb fərq etmədən artıq heç kimin terrorçulara dözümü qalmayıb. Canilər ya tezliklə silahlarını basdıracaqlar, ya da silahları ilə birlikdə torpağa basdırılacaqlar. Bunun xaricində üçüncü bir yol yoxdur. Bu həqiqəti artıq hər kəs qəbul etməlidir. Silahın, şiddətin, terrorun dövrü artıq sona çatıb”,- deyə o bildirib.
Nəzrin Salmanova
15:29 04.01.2025
Oxunuş sayı: 21366