CROSSMEDIA - Prezidentdən təklif - 5 yanvar ölkədə matəm olacaq
Xarici xəbərlər

Prezidentdən təklif - 5 yanvar ölkədə matəm olacaq

Serbiya hökuməti, prezident Aleksandar Vuçiçin iştirak etdiyi iclasda, Monteneqroda 12 nəfərin həyatını itirməsinə səbəb olan faciəvi atışma ilə bağlı yanvarın 5-ni milli matəm günü olaraq elan etmək qərarı verib.

Crossmedia.az xəbər verir ki, kabinetdən yayılan açıqlamaya əsasən, “Prezidentin təklifi ilə hökumət üzvləri, Cetinjedə 12 nəfərin qətlə yetirilməsi və faciə ilə əlaqədar olaraq 5 yanvar şənbə gününü Serbiyada matəm günü elan etməyə qərar veriblər”.

Prezident Vuçiç, Daxili İşlər Nazirliyini və Təhlükəsizlik Məlumatları Agentliyini “təhlükəsizlik nöqteyi-nəzərindən maraqlı olan bütün şəxsləri yoxlamağa, qeyri-qanuni silahların müsadirəsini sürətləndirməyə və qanuni silahları daha dərindən araşdırmağa” çağırıb.

Nərgiz Camalzadə 

15:00 04.01.2025

Oxunuş sayı: 5245

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR