Bayden onlara ABŞ-ın ən yüksək mükafatını - Azadlıq Medalını təqdim edəcək
ABŞ Prezidenti Co Bayden yanvarın 4-də Lionel Messi, Hillari Klinton və Corc Sorosa ölkənin ən yüksək mükafatı – Azadlıq Medalını təqdim edəcək.
Crossmedia.az “CNN”ə istinadən xəbər verir ki, mükafatı ümumilikdə 19 nəfər alacaq.
Amerikalı politoloq Malek Dudakov Baydenin prezidentliyini keçmiş lider Cimmi Karterin uğursuz idarəçiliyi ilə müqayisə edib. Dudakov bildirib ki, hər iki prezidentin dövrü respublikaçıların qələbəsi ilə başa çatıb.
Dekabrın 29-da Cimmi Karterin 101 yaşında vəfat etdiyi məlum olub. O, yalnız bir dövr prezident kimi xidmət göstərmişdi.
Gültac Mehdizadə
14:55 04.01.2025
Oxunuş sayı: 4212