ABŞ-dan Ukraynanın silahlandırılması ilə bağlı gözlənilməz etiraf
ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton Ukraynanı silahlandırmağa xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb.
Crossmedia.az bildirir ki, The New York Times qəzetinə müsahibəsində Blinken bunun Stinger zenit kompleksləri və Javelin tank əleyhinə raket sistemləri ilə bağlı olduğunu qeyd edib.
Bundan əvvəl "The Hill" nəşri yazmışdı ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın nüvə potensialından ehtiyat edərək Ukraynaya kifayət qədər silah tədarük etməyib. Məqalə müəllifləri sonuncu hərbi yardım paketi əsasında belə nəticəyə gəliblər. Onların iddiasına görə, Vaşinqton Kiyevə daha müasir Patriot sistemlərini təqdim etməyə cəsarət etməyib.
Yanvarın 3-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketləri təqdim edəcəyini elan edə biləcəyini bildirib. Kiyevə dəstəyin Ukraynaya Təhlükəsizliyin Dəstəklənməsi Təşəbbüsü (USAI) çərçivəsində həyata keçirilə biləcəyi qeyd olunub.
Gültac Mehdizadə
14:51 04.01.2025
Oxunuş sayı: 3372