CROSSMEDIA - Kreml açıqlama verdi - Putin dostları ilə...
Xarici xəbərlər

Kreml açıqlama verdi - Putin dostları ilə...

Rusiya prezidenti Vladimir Putinin dostları və tərəfdaşları ilə təmasları ən qısa zamanda razılaşdırılır. 

Crossmedia.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Serbiya prezidenti Aleksandr Vuçiçin Rusiya lideri ilə danışıq planları barədə bəyanatını şərh edərkən deyib.

Vuçiç daha əvvəl Serbiya hökumətinin iclasında bildirib ki, ABŞ tezliklə “Qazprom”un pay sahibi olduğu NIS (Naftna Industrija Srbije) şirkətinə qarşı sanksiyalar hazırlayacaq. Serbiya lideri yanvarın 25-27-də Putinlə söhbət üçün sorğu göndərməyi planlaşdırdığını bildirib.

Kremlin sözçüsü, Putinlə Vuçiç arasındakı görüş hazırlığı haqqında "TASS"a verdiyi açıqlamada, "Ən yüksək və digər səviyyələrdəki dostlarımız və ortaqlarımızla olan görüşlər ən qısa zamanda hazırlanacaq." deyə vurğulayıb.

Həmçinin Vuçiç bildirib ki, ABŞ sanksiyaları yanvarın 15-dək rəsmən elan edəcək. Bundan sonra Belqradın tədbirlər görmək üçün fevralın 15-dək 30 gün vaxtı olacaq. Bu müddət ərzində Serbiya qaz tədarükü ilə bağlı müqavilə bağlamağı və neft-qaz şirkəti ilə vəziyyəti həll etməyi gözləyir.

Tərlan Əmrahova

14:11 04.01.2025

Oxunuş sayı: 4454

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR