Türkiyə və Ukrayna XİN başçıları danışdılar: bu mövzuları müzakirə etdilər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri “X” platformasında paylaşım edib.
“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, - deyə o paylaşımında qeyd edib.
Qeyd edək ki , telefon danışığı zamanı ikitərəfli gündəlik, Ukranya döyüş meydanındakı hazırkı durum, Qara dənizdə təhlükəsizlik, Suriya və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.
Nəzrin Salmanova
13:24 04.01.2025
Oxunuş sayı: 20422