CROSSMEDIA - Rusiya Nadiya qəsəbəsində nəzarəti ələ keçirib
Xarici xəbərlər

Rusiya Nadiya qəsəbəsində nəzarəti ələ keçirib

Rusiya Müdafiə Nazirliyi Luqansk vilayətinin Nadiya qəsəbəsində nəzarəti ələ keçirdiklərini bildirib. 

Crossmedia.az “HaberGlobal”a istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı aktual məlumatlar yer alıb. 

Məlumatda,  son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatının (PUA) yığılma və saxlama mərkəzlərinə, Ukrayna əsgərlərinin və hərbi texnikasının 132 bölgəyə yerləşdirildiyi nöqtələrə hücumlar təşkil edildiyi bildirilib.

Açıqlamada həmçinin, Ukraynaya məxsus 72 PUA və ABŞ istehsalı olan 8 uzaqmənzilli Ordu Taktik Raket Sistemi (ATACMS) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunub.

Nəzrin Salmanova

12:47 04.01.2025

Oxunuş sayı: 17222

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR