CROSSMEDIA - Erməni baş redaktor: “İran öz strateji dərinliyinin ən mühüm komponentini itirib”
Xarici xəbərlər

Erməni baş redaktor: “İran öz strateji dərinliyinin ən mühüm komponentini itirib”

“İranın Suriyada itkiləri həqiqətən ağır və misilsizdir”.

Crossmedia.az xəbər verir ki, bunu Tehranın “Alik” qəzetinin erməni baş redaktoru Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, İran öz strateji dərinliyinin ən mühüm komponentini itirib.

“Bundan əlavə, Suriya İranın regional düşməni olan İsrailin bilavasitə sərhədlərində hərbi mövcudluğunu təmin etdi. Bu, İsraillə münaqişə kontekstində İran üçün ciddi üstünlük idi. Suriya həm də İranın təhlükəsizlik mühitinin saxlanması və sabitliyi üçün əsas strateji əhəmiyyətə malik idi. Zəngəzur dəhlizi məsələsində İranın “qırmızı xətləri” eyni və dəyişməz olaraq qalır. Dəhliz birmənalı olaraq İranın regional maraqlarına ziddir və İranın milli təhlükəsizliyinə ciddi problemdir. Deməli, güman etmək olar ki, İran bu layihənin həyata keçirilməsini istisna etmək üçün əlindən gələni etməyə çalışacaq. Bu kontekstdə isə nəzərə almalıyıq ki, Suriyadakı hadisələrlə bağlı İranın təhlükəsizlik gündəmindəki prioritetlərdə müəyyən dəyişikliklər baş verə bilər. Məntiqlə, hazırda İranın diqqəti İsrail və Qərbdən gələn ani çağırışların neytrallaşdırılmasına, Yaxın Şərqdə mövcud mövqelərin yenidən yerləşdirilməsi və gücləndirilməsinə yönəlib”, - deyə Şahnazaryan qeyd edib.

12:27 04.01.2025

Oxunuş sayı: 4198

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR