CROSSMEDIA - Dünyanın ən yaşlı insanı öldü: O macəra həvəskarı idi
Xarici xəbərlər

Dünyanın ən yaşlı insanı öldü: O macəra həvəskarı idi

“Ginnesin Rekordlar Kitabı”na düşən dünyanın ən uzunömürlü insanı - yaponiyalı Tomiko İtuka 116 yaşında vəfat edib.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, dekabrın 29-da Yaponiyanın mərkəzində, Hyoqo prefekturasının Aşiya şəhərindəki qocalar evində vəfat edib. 

Qeyd edək ki, 23 may 1908-ci ildə anadan olan İtuka macəra həvəskarı olub. 20 yaşında ailə qurub və 4 övladı var.
Məlumata görə,  avqustun 19-da ispaniyalı 117 yaşlı Mariya Branyasın ölümündən sonra 116 yaşlı Tomiko Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı elan olunub. Ona dünyanın ən yaşlı insanı olduğu deyiləndə “Təşəkkür edirəm” deyə cavab verib. 

Keçmiş alpinist və macəra həvəskarı Tomiko İtuoka 70 yaşında 2 dəfə 3067 metrlik Ontake dağına çıxıb. O, 100 yaşında Yaponiyanın Aşiya məbədinin uzun daş pilləkənlərini çəliyin dəstəyi olmadan çıxa bilib.
Bildirək ki, ailə və dostları ilə birlikdə dəfn mərasimi keçirilib.
Hazırda isə dünyanın ən yaşlı insanı İtukadan 16 gün sonra dünyaya gələn 116 yaşlı braziliyalı rahibə İnah Canabarro Lukasdır.

Nəzrin Salmanova

11:25 04.01.2025

Oxunuş sayı: 20610

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR