Gürcüstanda etirazlarda iştirak edən 25 əcnəbi ölkədən çıxarılıb
Gürcüstanda Miqrasiya Departamenti noyabr-dekabr aylarında keçirilən etiraz aksiyalarında iştirak edən 25 xarici vətəndaşı ölkədən deportasiya edib.
Crossmedia.az Interpress-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Departamentin açıqlamasına əsasən, bu ilin noyabr-dekabr aylarında ümumilikdə müxtəlif ölkələrdən olan 91 vətəndaş Gürcüstandan çıxarılıb.
Nabat Fərzəliyeva
09:59 04.01.2025
Oxunuş sayı: 4986