Pakistanda və Əfqanıstan arasında gərginlik fonunda TTP hərbi postları ələ keçirib
Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Taliban Pakistan” (TTP) qruplaşması Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətində bir neçə hərbi postu ələ keçirib.
Crossmedia.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, “TTP terror təşkilatı İslamabadın Əfqanıstandakı bazalarına endirdiyi hava zərbələrinə cavab olaraq Pakistan ordusuna qarşı tammiqyaslı müharibə elan edib”.
Qeyd edək ki, Əfqanıstan tərəfindən dəstəklənən TTP Pakistan dövlətinə qarşı müqavimət hərəkatına rəhbərlik etməyə çalışır, hakimiyyəti devirməyi və ölkədə şəriət qanunlarını tətbiq etməyi hədəfləyir. Bu proses Əfqanıstandakı “Taliban” hərəkatının ölkəsindəki fəaliyyəti ilə oxşarlıq təşkil edir.
Gültac Mehdizadə
08:40 04.01.2025
Oxunuş sayı: 4819