CROSSMEDIA - Güneyli fəallar Azərbaycana və Türkiyəyə qarşı təhqirlərə etiraz ediblər
Xarici xəbərlər

Güneyli fəallar Azərbaycana və Türkiyəyə qarşı təhqirlərə etiraz ediblər

Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra milli fəallar Təbrizdə İran hökumətinin Azərbaycan və Türkiyəyə qarşı təhqirlərinə cavab olaraq divarlara şüarlar yazıblar. 

Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, divarlara “Təbriz, azadlığa hazırlaş!”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb. 

Xatırladaq ki, Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.

08:27 04.01.2025

Oxunuş sayı: 3842

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR