İsrailin Qəzzaya hücumları: 23 fələstinli həyatını itirib
İsrail ordusunun Qəzzaya gecə hücumları nəticəsində ən azı 23 fələstinli həyatını itirib. 14 nəfər isə itkin düşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar Qəzza şəhərinin şərqindəki Şucaiyye, Xan Yunus və Ed-Durc bölgələrində cəmləşib. Şucaiyyedə 11, Xan Yunusda 6, Ed-Durcda 3 nəfər həyatını itirib.
Bundan əlavə, Xan Yunisdə məcburi köçkünlərin qaldığı çadırlara hücum nəticəsində 2 nəfər həlak olub. Oktyabrın 7-dən bu yana həyata keçirilən hücumlarda 45 min 658 fələstinli həyatını itirib. 108 min 583 nəfər isə yaralanıb. Mülki infrastruktura böyük ziyan dəyib.
Fidan Hacızadə
08:10 04.01.2025
Oxunuş sayı: 4392