Fox News: "İran 2024-cü ildə mindən çox məhbusu edam edib”
İran hökuməti 2024-cü ildə mindən çox məhbusu edam edib ki, bu da son 30 ilin ən yüksək göstəricisidir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fox News" yazıb. Bildirilib ki, bu edamların az qala yarısı ilin son rübündə həyata keçirilib və 12 məhbus Yeni il günü asılıb.
Məlumata görə, İran hökuməti 2024-cü ildə ölkə üzrə 86 həbsxanada 1000-dən çox məhbusu asıb və bu 864 nəfərin edam edildiyi 2023-cü illə müqayisədə 16% artım deməkdir.
Qeyd olunub ki, edamların təxminən 70%-i Məsud Pezeşkianın İran prezidenti seçilməsindən sonra həyata keçirilib.
07:18 04.01.2025
Oxunuş sayı: 4060