CROSSMEDIA - Rusiya təyyarəsi Misirdə məcburi eniş edib
Xarici xəbərlər

Rusiya təyyarəsi Misirdə məcburi eniş edib

Misir Mülki Aviasiya Nazirliyi Rusiyanın “Ural Airlines” hava yolu şirkətinə məxsus bir sərnişin təyyarəsinin texniki nasazlıq səbəbindən Şarm əş-Şeyx Hava Limanına məcburi eniş etdiyini açıqlayıb.

Crossmedia.az xəbər verir ki, Nazirliyin verdiyi məlumata əsasən, cümə axşamı Airbus A-321 tipli təyyarə 236 sərnişinlə Şarm əş-Şeyxdən Rusiyanın Yekaterinburq şəhərinə uçarkən qalxışdan10 dəqiqə sonra mühərriklərdən birində texniki nasazlıq aşkarlanıb. Təyyarənin pilotu dərhal  nəzarət qülləsi ilə əlaqə saxlayaraq məcburi eniş üçün icazə istəyib.

Təyyarə yerli vaxtla saat 16:55-də Şarm əş-Şeyx hava limanına uğurla enib. Bütün sərnişinlər təhlükəsiz şəkildə xarici xəttlər terminalına köçürülüb.

Hazırda mütəxəssis qrupları təyyarədəki nasazlığın səbəbini araşdırır və təmir işləri ilə məşğul olurlar.

Fidan Hacızadə

07:15 04.01.2025

Oxunuş sayı: 3738

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR