İran XİN: “Tehranın Suriya ilə münasibəti qarşı tərəfin davranışından asılıdır”
“Tehranın Suriya ilə münasibəti qarşı tərəfin davranışından asılıdır”.
Crossmedia.az "ISNA" agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
Nazirin sözlərinə görə, İran davranışlara əsaslanaraq qərarlar verir:
“Bizim qarşılıqlı fəaliyyətimiz qarşı tərəfin Suriyadakı davranışından asılıdır. İranın yaxşı niyyəti var və Suriyada sülh istəyir”, - deyə Əraqçı iddia edib.
07:10 04.01.2025
Oxunuş sayı: 3991