Fransalı jurnalist: Makronun Yeni il müraciəti Fransada ictimai narazılığa səbəb oldu
"Fransa 2024-cü ildə siyasi anarxiya yaşadı və prezident Emmanuel Makronun Yeni il müraciəti daha bir ictimai narazılıq dalğasına səbəb oldu".
Crossmedia.az xəbər verir ki, bu sözləri fransalı jurnalist Helen de Lauzun "The European Conservative" jurnalında qeyd edib. Lauzun hesab edir ki, ölkədəki siyasi ixtilaflara görə məsuliyyət daşımasına baxmayaraq, Makron Fransa xalqı ilə daha "birbaşa" məsləhətləşmələrə söz verib. Bununla belə, konkret planların qeyri-müəyyən olaraq qalması narazılıq və qıcıq yaradır:
"Solçular prezidentin çıxışını sərt tənqid edərək, onu yersiz, avtoritar və təkəbbürlü adlandırıblar. İfrat solçu "La France Insoumise" partiyasının üzvləri yenidən Makronu istefaya çağırıblar. Sağçı Milli Ralli (RN) partiyası eqosentrik dövlət başçısını pisləyib",- deyə jurnalist bildirib.
Müəllif qeyd edir ki, bu il Fransa prezidentinin Yeni il müraciətinin auditoriya reytinqi daha da aşağı düşüb. Onun müraciətinə cəmi 9,7 milyon insan baxıb ki, bu da keçən illə müqayisədə yarım milyon nəfər azdır.
De Lauzun qeyd edib ki, prezidentlərin müraciətləri adətən apolitik olur, lakin bu dəfə onun siyasi uğursuzluqlarını müzakirə etməkdən qaçmaq mümkün olmayıb. O, Makronun 2024-cü ilin iyununda Milli Assambleyanın buraxılmasına haqq qazandırmaq üçün yöndəmsiz cəhdlərini etiraf edib.
Sonda de Lauzun qeyd edir ki, “Makron heç vaxt verdiyi böyük vədləri yerinə yetirmir”. Jurnalist onu 1969-cu ildə referendumda uduzduqdan sonra məsuliyyəti öz üzərinə götürən və istefa verən Şarl de Qollla xoşagəlməz bir şəkildə müqayisə edərək, Makronun belə bir nümunə götürməyəcəyini irəli sürüb.
06:22 04.01.2025
Oxunuş sayı: 4092