2025-ci ildə xərçəng əleyhinə vaksinlərin hazırlanmasında irəliləyiş gözlənilir
2025-ci ildə xərçəngə qarşı vaksinlərin hazırlanmasında mühüm bir irəliləyiş baş verə bilər və bu, xəstəliklə mübarizədə əhəmiyyətli bir addım olacaq.
Crossmedia.az bildirir ki, "The Economist" jurnalının alimlərə istinadən verdiyi məlumata görə, xərçəng əleyhinə vaksinlərin sınaqları ümidverici nəticələr göstərib, son prototiplər yüksək effektivlik nümayiş etdirib. Hazırda tədqiqatçılar vaksinin dəri, beyin və ağciyər şişləri üzərindəki təsirini araşdırırlar.
“Ümid var ki, xərçəng əleyhinə vaksinlər elə bir mərhələyə çatacaq ki, kimyaterapiya və ya cərrahiyyə kimi daha invaziv müalicələrə ehtiyac azalacaq,” – deyə materialda qeyd olunur.
Gültac Mehdizadə
05:58 04.01.2025
Oxunuş sayı: 3395