Tramp Dövlət Departamentinin sözçüsü vəzifəsini bu şəxsə həvalə edəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Metyu Milleri jurnalist və radio aparıcısı Tammy Bryus ilə əvəzləyəcəyini açıqlayıb. Bu barədə Crossmedia.az RİA Novosti-yə istinadən xəbər verir.
Tramp, Bryusu hörmətli və tanınmış siyasi analitik kimi təsvir edib. Onun, mühafizəkar "Amerikanı Yenidən Böyük Et" (MAGA) hərəkatının əhəmiyyətini anladığını vurğulayıb. Trampın sözlərinə görə, Bryus ABŞ-ın radio və televiziyalarında mühafizəkarların ən güclü səslərindən birinə çevrilib.
03:42 04.01.2025
Oxunuş sayı: 3458