Ukrayna ordusu rus alay komandirini öldürüb
Ukrayna ordusu bir neçə “Storm Shadow” raketi ilə Şaykovkadakı 52-ci uzaqmənziilli aviasiya alayının komandiri Oleq Evgenieviç Timoşinin olduğu Kursk vilayətinin Lqov şəhərindəki Rusiya bunkerini hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, zərbələr nəticəsində Timoşinin öldürüldüyü bildirilir.
Qeyd edək ki, Timoşin 14 yanvar 2023-cü ildə Dneprdə yaşayış binasına endirilən zərbəyə görə məsuliyyət daşıyırdı. Zərbə nəticəsində 46 nəfər ölmüş, 79 nəfər yaralanmışdı.
18:18 03.01.2025
Oxunuş sayı: 4353