CROSSMEDIA - Efiopiyada vulkan püskürməsi: Təkanlar paytaxta qədər çatıb
Xarici xəbərlər

Efiopiyada vulkan püskürməsi: Təkanlar paytaxta qədər çatıb

Efiopiyanın mərkəzi Dofan dağında vulkan püskürməsi baş verib.

Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Awash Fentale bölgəsi və yaxın ərazilərdə ondan çox kiçik yeraltı təkan baş verib. Təkanlar paytaxt əraziyə qədər çatıb. Risk altında olan sakinləri daha təhlükəsiz ərazilərə köçürməklə insan tələfatının qarşısını almaq üçün görülən işlər davam etdirilir.

Region rəhbəri Abdu Əli bildirib ki, təkanlar davam edir və daha da güclənir. Sonuncu təkan isə gecə ərzində Əddis-Əbəbədə hiss olunub.

Tərlan Əmrahova 

17:12 03.01.2025

Oxunuş sayı: 5300

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR