Minlərlə fermer üsyana qalxıb
Bir neçə min polşalı fermer Varşavada Avropa Komissiyasının nümayəndəliyi qarşısında etiraz aksiyası keçirib.
Crossmedia.az xəbər verir ki, fermerlər Polşanın Aİ-yə sədrliyinə, Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına, Avropa ekoloji standartlarına və Polşa iqtisadiyyatının mövcud durumuna etiraz edirlər. Aksiyaya ovçuluq icmalarının nümayəndələri də qoşulub.
Fermerlərin Həmkarlar İttifaqının rəhbəri Tomaş Okanski, Avropa İttifaqının siyasətinin fermerləri iflasa məcbur etdiyini vurğulayıb. Etirazçılar Polşanın hakim koalisiyasına qarşı çıxıb və “Donald, Berlindəki evinə qayıt” şüarı ilə plakatlar açıblar.
Polis, fermerlərin yürüşü səbəbindən mərkəzi küçələrdə nəqliyyatın hərəkətinin dayandırılacağını açıqlayıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə xəstələndiyi üçün Varşavaya gələ bilməyib.
Gültac Mehdizadə
17:00 03.01.2025
Oxunuş sayı: 4655