CROSSMEDIA - Almaniya kansleri Suriya ilə danışıqların detallarını açıqlayıb
Xarici xəbərlər

Almaniya kansleri Suriya ilə danışıqların detallarını açıqlayıb

Almaniya hökuməti Suriyanın yeni rəhbərliyi ilə sıx əlaqədədir və onlarla danışıqlar aparır.

Crossmedia.az bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Reuters agentliyinə açıqlama verib.

“Biz hazırda Dəməşqdə hökumət işlərini idarə edənlərlə intensiv əlaqələr saxlayırıq. Bununla yanaşı, bir çox digər müxalifət qrupları ilə də intensiv danışıqlar aparırıq,” – deyə Almaniya hökumətinin rəhbəri bildirib.

Şolts, həmçinin, yeni rəhbərliyi müxtəlif etnik və dini qrupları əhatə edən hökumət formalaşdırmağa çağırıb.

Bundan əvvəl Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok, Rusiyanın Suriyanın Latakiya əyalətindəki hərbi bazalarını ləğv etməyə çağırmışdı. Onun sözlərinə görə, bu, guya ərəb respublikasının suverenliyinə hörmətin bir göstəricisidir.

Gültac Mehdizadə 

16:44 03.01.2025

Oxunuş sayı: 4639

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR