Yəmən İsraildə enerji infrastrukturuna hücum edib

Yəmən Silahlı Qüvvələri “Fələstin 2” hipersəs ballistik raketi ilə Təl-Əvivin şərqindəki enerji infrastrukturuna zərbə endirdiklərini açıqlayıb. Eyni zamanda, həmin ərazidə yerləşən hərbi obyektlərə pilotsuz təyyarələr vasitəsilə hücum təşkil olunduğu bildirilib.
Crossmedia.az “Yedioth Aharonot” qəzetinə istinadən xəbər verir ki, bu gün səhər saat 4:34-dən etibarən Yəməndən atılan ballistik raket nəticəsində yüz minlərlə insan mərkəzdəki sığınacaq ərazilərə axışıb.
Azərbaycan KİV-ləri isə Yəmən husilərinin Təl-Əviv yaxınlığındakı elektrik stansiyasına zərbə endirdiklərini iddia etdiklərini xəbər verib. Hadisənin təfərrüatları və təsdiqi ilə bağlı əlavə məlumat verilmir.
Gültac Mehdizadə
15:50 03.01.2025
Oxunuş sayı: 9107