CROSSMEDIA - Polşa Cənubi Qafqazda sabitliyə dəstək göstərəcək
Xarici xəbərlər

Polşa Cənubi Qafqazda sabitliyə dəstək göstərəcək

Polşa Avropa İttifaqı Şurasına altı aylıq sədrliyi dövründə (1 yanvar - 30 iyun 2025) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və Cənubi Qafqazda sabitliyin təmin olunmasına töhfə verməyi planlaşdırır.

Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın Avropa İttifaqı Şurasına sədrliyinə dair hazırladığı fəaliyyət proqramında qeyd olunub.

Sənəddə bildirilir ki, “bu addımlar Bakı və İrəvanın Aİ ilə əməkdaşlığını genişləndirmək üçün imkanlar yaradacaq”.

Bundan əlavə, Polşa “gürcü xalqının Avropa İttifaqına üzvlük arzularını dəstəkləməyi” də öz prioritetləri sırasına daxil edib.

Proqrama əsasən, Polşa ümumi xarici siyasət və təhlükəsizlik siyasəti çərçivəsində Qərbi Balkan ölkələri və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi üçün siyasi dialoq və səyləri davam etdirəcək.

Gültac Mehdizadə

14:51 03.01.2025

Oxunuş sayı: 5090

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR