Suriyada devrilmiş rejimin əsgərlərinə qarşı hərbi əməliyyatlar genişləndirilib
Suriyada Baas rejimini devirən Hərbi Əməliyyatlar Komandanlığı, Homs vilayətində silahlarını təslim etməyən keçmiş rejim əsgərlərinə qarşı əməliyyatları genişləndirib.
Crossmedia.az Suriya Xəbər Agentliyinə (SANA) əsaslanaraq bildirir ki, Hərbi Əməliyyatlar Komandanlığı Humus şəhər mərkəzindəki Vadi Zeheb və İkrime məhəllələrində "təhlükəsizlik" əməliyyatını davam etdirir.
Hərbi Əməliyyatlar Komandanlığı qrupları Abbasiyə, Sebil, Zəhra və Mühacirin məhəllələrinə daxil olaraq devrilmiş rejim əsgərlərinin tutulması üçün əməliyyata başlayıb.
Dekabrın 8-də Baas rejiminin süqutundan sonra “ümumi əfv” elan edilmiş və bir çox vilayətdə barışıq mərkəzləri açılmışdır.
Samirə Şərif
13:47 03.01.2025
Oxunuş sayı: 4168