İranlı deputat: “Parlamenti bağlayın ki, daha az elektrik sərf olunsun”
“Parlamenti bağlayın ki, daha az elektrik sərf olunsun”.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi “Hicab və İffət Qanunu” barəsində danışarkən deyib. O, alınan qərarlarla bağlı heç bir xəbər verilməməsini tənqid edib:
“Bu ölkədə qanunlara hörmət edilir, yoxsa yox? Əgər qanunun təsdiqlənməsi nəzərdə tutulur, ancaq icra olunmursa, bu bizə hansı güc verir? Qəbul edilən qanun hamı üçün məcburidir. Qanun barəsində bir xəbər verməyəcəksinizsə, parlamenti bağlayın, daha az elektrik sərf olunsun”, - deyə millət vəkili bildirib.
12:28 03.01.2025
Oxunuş sayı: 4853