Rusiya: Bu ölkələr BMT Təhlükəsizlik Şurasına daimi üzv ola bilməz
Almaniya və Yaponiyanın heç vaxt Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TS) daimi üzv olacağı gözlənilmir.
Crossmedia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı nümayəndəsi Vasili Nebenza BMT-də çıxış edərkən bildirib.
“Şurada islahatlarla bağlı təkliflər var, o cümlədən bəzi üzv ölkələrdən gələn təkliflər də var. Onlar olduqca qeyri-real təkliflərdir. Həmçinin, Təhlükəsizlik Şurasında daimi üzvlük uğrunda mübarizə aparan ölkələr var, amma heç vaxt bu yerə sahib ola bilməyəcəklər. Biz bunu artıq birbaşa bildirmişik. Xüsusilə, Almaniya və Yaponiyadan söhbət gedir. Onlar bu yeri görməyəcəklər. Bu artıq açıq bir faktdır”, – deyə diplomat qeyd edib.
Nebenza bildirib ki, BMT-nin yubileyi gələcəyə baxmaq üçün bir fürsət olduğuna görə, Təhlükəsizlik Şurasının islahatı məsələsi gündəmə gəlir. Lakin o, vurğulayıb ki, Şuranın hər hansı bir dəyişiklikləri çox mürəkkəb bir prosesdir və yubileyə uyğunlaşdırmaq mümkün deyil, çünki bu çox ətraflı və zəhmətli bir işdir.
Gültac Mehdizadə
11:56 03.01.2025
Oxunuş sayı: 4720