Bayden ABŞ-nin terror təşkilatları üçün “təhlükəsiz liman olmayacağını” vəd edib
ABŞ prezidenti Co Bayden Nyu Orleanda terror aktı və Las-Veqasda Cybertruck partlayışı ilə bağlı araşdırmaların nəticələrini müzakirə etmək üçün iclas keçirib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident Co Bayden ölümcül Yeni il hücumlarından sonra deyib: “İŞİD və digər terror qruplaşmaları ABŞ-də “təhlükəsiz liman” tapa bilməyəcəklər. Biz İŞİD-i və digər terror təşkilatlarını olduqları yerdə amansızcasına təqib etməyə davam edəcəyik".
Bayden iki insidentlə bağlı araşdırmaları müzakirə etmək üçün vitse-prezident Kamala Harris və onun daxili təhlükəsizlik komandası ilə görüş keçirib. "Biz həmçinin Yeni Orlean hücumu ilə Las-Veqasdakı partlayış arasında hər hansı bir əlaqənin olub-olmadığını araşdırmaqda davam edirik. İndiyə qədər belə bir əlaqəyə dair heç bir sübut tapmayıblar", - Bayden deyib.
Prezident bildirib ki, FTB ona indiyə kimi Yeni Orleandakı hücumda əli olan digər şəxslərə dair məlumat verməyib.
Samirə Şərif
11:41 03.01.2025
Oxunuş sayı: 4677