CROSSMEDIA - Baydenlərə on minlərlə dollar dəyərində hədiyyələrin siyahısı məlum olub
Xarici xəbərlər

Baydenlərə on minlərlə dollar dəyərində hədiyyələrin siyahısı məlum olub

ABŞ prezidenti Co Bayden və ailəsi son bir il ərzində xarici liderlərdən on minlərlə dollar dəyərində hədiyyə alıb. 

Crossmedia.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Departamentinin dərc etdiyi hesabatda deyilir.

Birinci xanım Cil Bayden Hindistanın baş naziri Narendra Modidən 20 min dollar dəyərində 7,5 karatlıq almaz və Ukraynanın ABŞ-dakı səfirindən 14 min dollar dəyərində broş alıb. Co Bayden isə Cənubi Koreya prezidenti Yoon Seok-yeoldan xatirə foto albomu, Monqolustanın baş nazirindən monqol döyüşçülərinin 3000 dollarlıq heykəli və Ukrayna prezidenti Vladimir Zelenskidən 2000 dollarlıq kollaj alıb.

ABŞ qanunlarına görə, dəyəri 480 dolları keçən bütün hədiyyələr bəyan edilməlidir. Hindistanın Baş nazirinin almazı Ağ Evin Şərq Qanadında saxlanılıb, qalan hədiyyələr isə Milli Arxivə təhvil verilib.

Bundan əvvəl amerikalı vəkil Tomas Kenniff, oğlu Hunteri əfv edən Co Baydenin öz vədini pozduğunu bildirmişdi. Vəkilin sözlərinə görə, Bayden seçki kampaniyası zamanı ailə üzvünün əfv olunması ilə bağlı mövqeyini bildirsə də, əks qərar verib.

Samirə Şərif

08:29 03.01.2025

Oxunuş sayı: 4877

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR