CROSSMEDIA - Cənubi Koreyada keçmiş Prezident Yun Sok Yolun həbsi ilə bağlı gərginlik yaşanıb
Xarici xəbərlər

Cənubi Koreyada keçmiş Prezident Yun Sok Yolun həbsi ilə bağlı gərginlik yaşanıb

Cənubi Koreyada keçmiş Prezident Yun Sok Yolun həbsi ilə bağlı gərginlik yaşanıb. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada vəzifəsindən uzaqlaşdırılmış keçmiş Prezident Yun Sok Yolun həbs edilməsi cəhdləri ölkədə gərginliyə səbəb olub. Prezidentin yaşadığı bölgəyə 5.400 polis göndərilib.

Yun Sok Yolun tərəfdarları onun evinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Polislər evə daxil olub və Cənubi Koreya hərbi birləşmələri ilə üz-üzə gəliblər. 

Polis və ordu arasında yaranmış gərginliyin necə nəticələnəcəyi və Yun Sok Yolun həbs olunub-olunmayacağı ölkə miqyasında maraqla izlənilir.

08:17 03.01.2025

Oxunuş sayı: 4617

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR