Prezident Yunun həbs qərarı ilə bağlı hüquqi tədbirlər görüləcək
Prezident Yun Suk Yolun vəkili, cümə günü prezidentin həbsinə dair orderin icrasını “qanunsuz” və “etibarsız” adlandıraraq, hüquqi tədbirlər görəcəyini açıqlayıb.
Crossmedia.az Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, təhqiqatçılar bu gün səhər saatlarında keçmiş prezidentin ötən ay hərbi vəziyyət tətbiq etmək cəhdinin uğursuzluqla nəticələnib. Bununla bağlı həbs qərarını icra etmək üçün prezident iqamətgahına daxil olmağa çalışıblar. Lakin iqamətgahda olan hərbi qüvvələr tərəfindən maneə ilə üzləşiblər. “Qanunsuz və etibarsız bir orderin icrası hüquqi baxımdan qanuni deyil”,- deyə Yunun hüquqşünaslarından biri Yun Qap-qeun bildirib.
“Orderə qarşı Konstitusiya Məhkəməsində və məhkəmədə etiraz prosedurları davam etdiyi üçün (biz) qanunsuz vəziyyətə görə hüquqi tədbirlər görəcəyik".
Yunun müdafiə qrupu orderin icrasını dayandırmaq üçün Konstitusiya Məhkəməsinə təxirəsalınma haqqında müraciət edib. Bununla yanaşı, Seulun Qərb Rayon Məhkəməsinə orderin icrasına qarşı ayrıca etiraz da təqdim edilib.
Fidan Hacızadə
07:49 03.01.2025
Oxunuş sayı: 4747