CROSSMEDIA - Qazaxıstan 2-ci və 3-cü Atom Elektrik Stansiyasının tikintisinə başlaya bilər – Tokayev
Xarici xəbərlər

Qazaxıstan 2-ci və 3-cü Atom Elektrik Stansiyasının tikintisinə başlaya bilər – Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana dili” qəzetinə verdiyi müsahibəsində belə bir ssenarinin mümkünlüyündən danışıb.

Crossmedia.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, Referendum zamanı atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı xarici şirkətlərin ən yaxşı texnologiyalarla bu layihəyə cəlb ediləcəyini və beynəlxalq konsorsiumun yaradılacağını bildirmişdiniz. Bu layihədə hansı şirkətlərə üstünlük veriləcəyi ilə bağlı hökumətin mövqeyi varmı?

“Bu məsələ Vladimir Putinlə onun Astana səfəri zamanı müzakirə edildi. Razılaşdırıldı ki, layihənin sifarişçisi kimi Qazaxıstan tərəfi konsorsiumda baş operator rolunda çıxış edəcək. Müzakirələrdə Rosatomun iştirak ehtimalı da qeyd olundu. Bu qurum xaricdə atom elektrik stansiyalarının tikintisində yüksək təcrübəyə malikdir. Çünki Çin şirkəti ilə də danışıqlar aparılır. Çin mülki nüvə obyektlərinin tikintisində böyük nailiyyətlər əldə edib. Digər xarici, o cümlədən Qərb şirkətləri də bu layihədə maraqlıdır,” – deyə Prezident bildirib.

Kasım-Jomart Tokayevin sözlərinə görə, tender prosesi 2025-ci ildə keçiriləcək və bundan sonra hökumət yekun qərarını verəcək.

“Mən əminəm ki, Qazaxıstana yüksək gücə malik atom elektrik stansiyası lazımdır. Bundan əlavə, ikinci, hətta üçüncü AES-in tikintisinə başlamağımız da istisna olunmur. Nüvə sənayesi enerji çatışmazlığı yaşayan iqtisadiyyatımıza güclü təkan verəcək. Qazaxıstanın inkişaf etmiş nüvə enerjisinə malik bir ölkəyə çevrilməli olduğuna inanıram. Bu sahənin böyük gələcəyi var,” – deyə Tokayev vurğulayıb.

Qeyd edək ki, 6 oktyabr tarixində Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı ümummilli referendum keçirilib. Səsvermədə seçicilərin 71,12%-i (5,561,937 nəfər) AES tikintisinə razılıq verib. 26,13%-i (2,045,271 nəfər) isə əleyhinə olub. Ümumilikdə seçicilərin 63,66%-i (7,820,204 nəfər) səsvermədə iştirak edib.

Energetika naziri Almasadam Satkaliyev bildirib ki, Qazaxıstanda AES tikintisi üzrə Konsorsiumun iştirakçıları 2025-ci ilin birinci yarısında müəyyən olunacaq.

Fidan Hacızadə

07:14 03.01.2025

Oxunuş sayı: 4668

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR