CROSSMEDIA - Pakistan və İran elektrik satışı müqaviləsini uzadıb
Xarici xəbərlər

Pakistan və İran elektrik satışı müqaviləsini uzadıb

Pakistan və İran yenidən işlənmiş qiymətlərlə Bəlucistan sərhəd bölgələri üçün elektrik satışı müqaviləsini uzadıb.

Crossmedia.az İranın “Tavanir” şirkətinin verdiyi məlumata istinadən xəbər verir ki, Pakistan Bəlucistanın sərhəd bölgələrini təmin etmək üçün İrandan 100 MVt elektrik enerjisi idxal edir.

Pakistan və İran, Mərkəzi Enerji Satınalma Agentliyi-Zəmanətli (CPPA-G) və Bəlucistanın sərhəd bölgələri üçün elektrik enerjisi satışı sazişini yeniləyib. 

31 dekabr 2024-cü ildə müddəti başa çatan əvvəlki müqavilə yenilənib. 26-27 dekabr 2024-cü il tarixlərində İslamabadda CPPA-G və Tavanir rəsmiləri arasında danışıqlar aparılıb. Müqavilədə minimal alış və ya ödəmə bəndi və qlobal xam neft qiymətləri ilə əlaqəli yeni qiymət düsturu yer alır.

Yenilənmiş saziş Bəlucistanın sərhəd bölgələrinə davamlı elektrik enerjisi təchizatını təmin edəcək.

Samirə Şərif

05:19 03.01.2025

Oxunuş sayı: 4597

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR