CROSSMEDIA - Suriyanın müvəqqəti hökumətindən İrana çağırış: "Siyasət dəyişməlidir"
Xarici xəbərlər

Suriyanın müvəqqəti hökumətindən İrana çağırış: "Siyasət dəyişməlidir"

Crossmedia.az xəbər verir ki, Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani, İranın Suriyadakı mövcudluğu və təsirini kəskin şəkildə tənqid edib. 

O bildirib ki, İranın fəaliyyəti, Bəşar Əsəd rejiminin davam etməsinə və Suriya xalqının təxribatlarla üzləşməsinə xidmət edir. Nazir əlavə edib ki, iki ölkə arasında sağlam münasibətlərin qurulması üçün Tehran öz siyasətində köklü dəyişikliklər etməlidir. 

Şeybani vurğulayıb ki, İranın Suriyadakı hərbi və siyasi strategiyası dəyişmədiyi müddətdə sülh və sabitlik istiqamətində irəliləyiş mümkün deyil.

23:29 02.01.2025

Oxunuş sayı: 3241

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR