CROSSMEDIA - ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada yeni hərbi baza tikir
Xarici xəbərlər

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada yeni hərbi baza tikir

Livanın Al-Manar telekanalının məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimalındakı Əl-Ələb əyalətində yerləşən Ayn əl-Ərab şəhəri yaxınlığında yeni hərbi bazanın tikintisinə başlayıb.

Crossmedia.az xəbər verir ki, məlumata əsasən, bölgəyə Kürd Demokratik Qüvvələrinin (KDQ) nəzarət etdiyi əraziyə hərbi və logistik avadanlıq daşıyan onlarla yük maşını göndərilib. Maşınlar prefabrik binalar, beton bloklar, müşahidə kameraları və yanacaq çənləri ilə yanaşı, ABŞ-a məxsus zirehli texnikaların müşayiəti ilə əraziyə çatdırılıb.

Gültac Mehdizadə

22:49 02.01.2025

Oxunuş sayı: 3186

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR