Şimali Afrikada 50 ildə ilk dəfə qar yağıb
Şimali Afrikada, xüsusilə Mərakeşin bəzi bölgələrində 50 ildən sonra ilk dəfə qar müşahidə edilib. Qar örtüyü palma ağaclarını ağ örpəyə bürüyüb.
Crossmedia.az xəbər verir ki, bəzi ərazilərdə qar qalınlığı 50 santimetrə çatıb. Bu nadir təbiət hadisəsi yerli sakinlər və turistlər üçün böyük maraq doğurub.
Maral Şahverdili
22:00 02.01.2025
Oxunuş sayı: 4615