Türkiyə ilk milli aviadaşıyıcının istehsalına başlayır
Türkiyə ilk yerli istehsal olan təyyarədaşıyan gəmisinin istehsalına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, İstanbul Gəmiqayırma Zavodunda artıq işlərə başlanılıb.
Təyyarədaşıyan gəmidə iki uçuş-enmə zolağı və bir eniş zolağı olacaq. Onun uzunluğu 258 metr və eni 72 metr olacaq, planlaşdırılmış yükgötürmə qabiliyyəti isə 60 min ton olacaq. Gəmi minimum 25 knot sürətə çatacaq və yanacaq doldurmadan 10.000 dəniz milini qət edə biləcək.
Həmçinin qeyd edilib ki, bu təyyarədaşıyıcı əvvəllər istehsal edilən “TCG Anadolu”dan daha böyük olacaq.
Tərlan Əmrahova
20:10 02.01.2025
Oxunuş sayı: 5190