CROSSMEDIA - Qəzzada hava zərbələri nəticəsində 71 fələstinli həlak olub
Xarici xəbərlər

Qəzzada hava zərbələri nəticəsində 71 fələstinli həlak olub

İsrailin Qəzzaya son 24 saatda həyata keçirdiyi 34 hava hücumunda 71 fələstinlinin həyatını itirdiyi, onlarla insanın isə yaralandığı bildirilib.

Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağında müdafiəsiz insanları hava hücumları ilə bombalamağa davam etdiyi bildirilib.

Qəzzada dinc əhalini və infrastrukturu hədəf alan hava hücumlarının İsrailin törətdiyi dəhşətli cinayətlər arasında olduğu bildirilib.

İsrailin son 24 saat ərzində həyata keçirdiyi hava hücumlarından sonra məhdud imkanlı xəstəxanaların yaralılarla dolduğu vurğulanıb. Həmçinin İsrail ordusunun mülki müdafiə qruplarının cəsədlərə  çatmağına mane olduğu bildirilib.

Şimali Qəzza başda olmaq üzrə bir çox bölgəyə endirilən hava hücumlarında həyatını itirənlərin cəsədlərinin hələ də küçələrdə və dağıntılar altında olduğu bildirilib. İsrailin cəsədlərin toplanmasına belə icazə verməyərək beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirdiyi bildirilib. 

Bəyanatda həmçinin İsrail ordusunun Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımını 454 gündür davam etdirdiyi qeyd edilib və beynəlxalq ictimaiyyətdən üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, Fələstin xalqına qarşı bu müharibənin dayandırılması tələb edilib.

Tərlan Əmrahova

19:45 02.01.2025

Oxunuş sayı: 3346

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR