CROSSMEDIA - BMT Baş katibi Nyu Orleanda baş verən faciəni qınayıb
Xarici xəbərlər

BMT Baş katibi Nyu Orleanda baş verən faciəni qınayıb

BMT Baş katibi Antonio Quterreş Yeni il qeyd edən insanlara avtomobilin çırpılması ilə nəticələnən faciəni qətiyyətlə pisləyib.

Crossmedia.az xəbər verir ki, BMT-nin mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda baş verən hadisənin ağır nəticələrinə görə dərin təəssüf hissi ifadə olunub. Bildirilir ki, hadisə nəticəsində 15 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.

Antonio Quterreş həlak olanların ailələrinə başsağlığı verib və bu ağır günlərdə Amerika xalqı ilə həmrəylik nümayiş etdirib. O, həmçinin yaralananlara tezliklə şəfa tapmalarını arzulayıb.

Hadisə gecə saat 03:15 radələrində Burbon küçəsində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Texas ştatından olan keçmiş hərbçi Şəmsəddin Cabbar hadisəni törədib və polis ilə atışma zamanı hadisə yerində zərərsizləşdirilib.

İlkin məlumatlara əsasən, 10 nəfər həlak olmuş və 35 nəfər yaralanmışdı, lakin daha sonra qurbanların sayı artıb. Hakimiyyət hadisənin səbəblərini araşdırmağa davam edir.

Gültac Mehdizadə

17:22 02.01.2025

Oxunuş sayı: 3852

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR