İsveç Ukraynaya Patriot üçün 27 milyon dollar ayırır
İsveç Ukraynaya Rumıniya vasitəsilə Patriot hava hücumundan müdafiə sisteminin tədarükü üçün 27 milyon dollardan çox vəsait ayırır.
Crossmedia.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
“Hökumət Ukraynanın hava hücumundan müdafiəsinə dolayı dəstək olaraq 300 milyon İsveç kronu (27,1 milyon dollar) ayırmaq qərarı verib. Vəsaitlər Rumıniyaya, Ukraynaya ötürülən Patriot sisteminin əvəzinin təmin edilməsi üçün yönəldiləcək”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Bu məbləğ İsveçin daha əvvəl Ukraynaya elan etdiyi yardım paketlərindən ayrılıb.
Gültac Mehdizadə
16:45 02.01.2025
Oxunuş sayı: 3811