CROSSMEDIA - AirBaltic 2025-ci ilin yay mövsümü üçün 4,600-dən çox reysi ləğv edir
Xarici xəbərlər

AirBaltic 2025-ci ilin yay mövsümü üçün 4,600-dən çox reysi ləğv edir

Crossmedia.az Baltnews-a istinadən xəbər verir ki, Latviyanın AirBaltic aviaşirkəti 2025-ci ilin yay mövsümündə 19 istiqamət üzrə reysləri ləğv edəcək.

Buna mühərrik istehsalçısı Pratt & Whitney-in texniki xidmət öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi səbəb olub. Şirkət bəzi Airbus A220-300 təyyarələrinin 2025-ci ildə mühərrik çatışmazlığı ucbatından fəaliyyətini dayandıracağını açıqlayıb ki, bu da AirBaltic-in iş planına ciddi təsir göstərib.

Ləğv edilən 19 istiqamətdən əlavə, aviaşirkət müxtəlif bazalar üzrə 21 marşrutda uçuş tezliyini də azaldacaq. Ümumilikdə 4,670 reys ləğv ediləcək və bu, təxminən 67,160 sərnişinə təsir edəcək.

Hazırda AirBaltic Riqadan, Tallinndən, Vilnüsdən, Tamperedən və mövsümi olaraq Qran Kanaryadan 130-dan çox istiqamət üzrə uçuşlar həyata keçirir.

Nabat Fərzəliyeva

15:52 02.01.2025

Oxunuş sayı: 5021

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR