CROSSMEDIA - Xameneyi: "Suriyanı geri alacağıq"
Xarici xəbərlər

Xameneyi: "Suriyanı geri alacağıq"

Crossmedia.az xəbər verir ki, İranın ali rəhbəri Əli Xameneyi SEPAH-ın Qüds qanadının keçmiş komandiri Qasım Süleymaninin ildönümündə Suriyanın yeni rəhbərlərindən geri alınacağına dair yenidən söz verib.

Xameneyi çıxışında "Suriyada tökülən qanların hədər getmədiyini" vurğulayaraq bildirib ki, "bu canlar itməsəydi, bu gün Kərbəla və Nəcəfdən də xəbərimiz olmayacaqdı".

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bir müddət əvvəl İslam Respublikasının Suriyada çəkdiyi xərclərə görə peşman olmadığını, lakin Tehranın proksi qüvvələrini dəstəkləməkdə artıq çətinlik çəkdiyini etiraf etmişdi.

Mövzu bölgədə İranın nüfuzu ilə bağlı geniş müzakirələrə səbəb olub.

09:28 02.01.2025

Oxunuş sayı: 3981

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR