CROSSMEDIA - Şavkat Mirziyoyev fərman imzalayıb
Xarici xəbərlər

Şavkat Mirziyoyev fərman imzalayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “sahibkarlar üçün bərabər şəraitin və ədalətli konstruktiv mühitin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, fərmanda dekabrın 20-də sahibkarlarla görüş zamanı müzakirə olunan təşəbbüslər öz əksini tapıb.
Sənəd iqtisadi sabitliyin qorunması və həm istehsalçılar, həm də istehlakçılar üçün maliyyə yüklərinin yüngülləşdirilməsi məqsədini daşıyır.

Qeyd edək ki, əsas tədbirlərə ƏDV və korporativ verginin cari dərəcələrinin 2028-ci ilə qədər saxlanılması, biznes üçün proqnozlaşdırıla bilənliyin təmin edilməsi daxildir. 

Nəzrin Salmanova

08:45 02.01.2025

Oxunuş sayı: 19824

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR