CROSSMEDIA - Tacikistan 2024-cü il üçün ÜDM-in artım tempini açıqlayıb
Xarici xəbərlər

Tacikistan 2024-cü il üçün ÜDM-in artım tempini açıqlayıb

Tacikistan prezidenti İmaməli Rəhman, parlamentdə etdiyi çıxışda, ölkənin 2024-cü il üçün ÜDM-nin 8,4 faiz real artım tempi ilə 150 milyard somonini keçdiyini bildirib. 

Crossmedia.az  xəbər verir ki, prezident vurğulayıb ki, son beş ildə milli iqtisadiyyatın orta artım tempi 7,7 faiz təşkil edib.

Rəhman  həmçinin son 5 ildə dövlət büdcəsindən edilən yerli və xarici yatırımlar danışıb. 
"Ölkənin sosial-iqtisadi inkişafı, prioritet dövlət investisiya layihələrinin, o cümlədən milli, sektor, yerli plan və proqramların həyata keçirilməsi üçün son 5 ildə dövlət büdcəsindən 197 milyard somonidən (18 milyard dollar) çox, yerli və xarici yatırımlar edilib" deyə prezident vurğulayıb. 

O bildirib ki, son üç ildə 1500-dən çox təhsil müəssisəsinin, o cümlədən məktəbəqədər təhsil müəssisələri və məktəblər istifadəyə verilib. Prezident 660-dan çox səhiyyə obyektinin, 480 idman obyektinin, 175 mədəniyyət və istirahət obyektinin, minlərlə digər sənaye və sosial layihələrin tikilərək istifadəyə verildiyini bildirib.

Tacikistanın ÜDM-i 8,3 faiz real artımla 130,8 milyard somoni (12,06 milyard dollar) təşkil edib.

Tərlan Əmrahova

08:35 02.01.2025

Oxunuş sayı: 4317

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR