CROSSMEDIA - Cənubi Koreya polisi 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının baş verdiyi hava limanında axtarış aparıb
Xarici xəbərlər

Cənubi Koreya polisi 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının baş verdiyi hava limanında axtarış aparıb

Cənubi Koreya polisi Jeju Air təyyarəsinin eniş zamanı idarəetmədən çıxaraq 179 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı Muan Beynəlxalq Hava Limanında axtarış aparıb.

Crossmedia.az “Yonhap”a istinadən  xəbər verir ki, səlahiyyətlilər qəza ilə bağlı aparılan istintaq çərçivəsində “ölümlə nəticələnən peşəkar səhlənkarlıq” şübhəsi ilə axtarış elan edildiyini bildiriblər.

Daha sonra polis Muan Beynəlxalq Hava Limanında və Jeju Air aviasiya ofisində axtarış aparıb.

Banqkok-Muan marşrutu üzrə hərəkət edən Boeing 737-800 model tək keçidli "Jeju Air 7C2216" təyyarəsi Cənubi Koreyanın Muan şəhərində uçuş-enmə zolağına endikdən sonra eniş şassisi açılmadıqda idarəetmədən çıxaraq divara çırpılıb.

Təyyarədə olan 179 nəfər, o cümlədən 6 ekipaj və 175 sərnişin həlak olub.

Milli Yanğın Xidmətinin məlumatına görə, qəzadan yalnız bir ekipaj üzvü, 30 yaşlarında qadın və 20 yaşlarında bir kişi sağ qalıb.

Səlahiyyətlilər qəzanın təyyarənin şassasındakı nasazlığın səbəb olduğunu, təyyarənin eniş şassisi ilk uçuşda açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib.

Cənubi Koreya aviasiya tarixində ən ölümcül fəlakət sayılan hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilib.

08:17 02.01.2025

Oxunuş sayı: 4412

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR