Rusiyada beş hava limanında fəaliyyət məhdudiyyətləri aradan qaldırılıb

Kazan, Penza, Saransk, Saratov və Ulyanovsk hava limanlarında mülki aviasiya üçün tətbiq edilən müvəqqəti məhdudiyyətlər ləğv edilib. Crossmedia.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Saratov (Qaqarin), Penza və Saransk hava limanlarında təyyarələrin qəbul və yola salınmasına qoyulan məhdudiyyətlər Moskva vaxtı ilə saat 02:00-da, Ulyanovsk (Baratayevka) hava limanında saat 03:30-da, Kazan hava limanında isə saat 05:00-da aradan qaldırılıb.
Qeyd edək ki, bu hava limanlarında müvəqqəti məhdudiyyətlər çərşənbə günü tətbiq edilmişdi. Məlumata əsasən, Penza, Saransk və Saratov hava limanlarında məhdudiyyətlər Moskva vaxtı ilə saat 21:00-da, Ulyanovskda saat 22:00-da, Kazanda isə saat 00:00-da qüvvəyə minmişdi.
Məhdudiyyətlərin səbəbi və digər detallar barədə əlavə məlumat verilmir.
07:40 02.01.2025
Oxunuş sayı: 5975