İsrail yeni ilin ilk günündə Livanla atəşkəsi 4 dəfə pozub
İsrail ordusu yeni ilin ilk günündə Livanla atəşkəsin 36-cı günündə sakitliyi 4 dəfə pozub. Livanla atəşkəsin elan edildiyi 27 noyabrdan bəri İsrail ordusunun törətdiyi pozuntuların sayı 340-a yüksəldiyi halda, hücumlarda 33 nəfər ölüb, 37 nəfər yaralanıb.
Crossmedia.az-ın Livanın NNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail ordusu Livanın paytaxtı Beyrutda və cənubdakı Nəbatiyə şəhərində evlərin sökülməsi, evlərə atəş açılması və pilotsuz təyyarələrin uçması kimi pozuntular həyata keçirib .
Paytaxt Beyrut və cənubdakı Dahiyə səmalarında İsrail ordusuna aid pilotsuz təyyarə görüntülənib .
İsrail əsgərləri Nəbatiyə şəhərinin Ayterun qəsəbəsinin Bələdiyyə rayonunda bəzi evləri yandırıb.
İsrail əsgərləri şəhərin Ayta əş-Şaab qəsəbəsindəki əraziyə atəş açıb və bəzi evləri partladıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana 1106-sı qadın və uşaq, 222-si tibb işçisi olmaqla, ən azı 4 min nəfər ölüb, 16 mindən çox insan isə yaralanıb.
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minib.
Müqavilənin ikinci maddəsində “Livan hökuməti Hizbullah və ya Livan ərazisində yerləşən hər hansı digər silahlı qruplaşmanın İsrailə qarşı hər hansı əməliyyat keçirməsinə mane olacaq və İsrail mülki şəxslərə, hərbçilərə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum etməyəcək.
01:12 02.01.2025
Oxunuş sayı: 4232