Rumıniya və Bolqarıstanın quru sərhədlərində nəzarət ləğv edilib
Avropa Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın quru sərhədlərində nəzarətin ləğv edilməsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə dekabrın 12-də Avropa Şurası məlumat yayıb.
Rumıniyanın baş naziri Marsel Ciolacu sözlərinə görə, bu qərar tətil üçün evə gələnlərin geri qayıtması daha asanlaşdıracaq.
Qeyd edək ki, məhdudiyyətlərin aradan qaldırılması iki ölkə sərhədindəki çay sərhədi məntəqələrinə şamil edilməyib.
Nəzrin Salmanova
16:52 01.01.2025
Oxunuş sayı: 19923